Seminar-müşavirə keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Şirvan regional Ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə 25 iyul 2019-cu il tarixdə Şirvan Regional Ədliyyə İdarəsinin inzibati binasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramı və Gəncə-Qazax İqtisadi rayonunun Yerli və Regional inkişafına Dəstək” layihəsi çərçivəsində regionlarda “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzusunda bələdiyyə qulluqçuları və üzvüləri üçün müəyyən edilmiş qrafikə əsasən seminarkeçirilmişdir. Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Yusif Səfərov Bələdiyyələrlə iş mərkəzinin maliyyə məsələləri üzrə məsləhətçisi Zöhrab Fərəcovu və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)məsləhətçisi Mehti Abdullayevi seminar iştirakçılarına təqdim etdi. Sonra Zöhrab Fərəcov və Mehti Abdullayev mövzular barədə cıxışlar etdilər və son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)birgə təşkilatçılığı ilə bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar. Mövzular ətrafında  Qaraçala bələdiyyəsinin sədri Baxşəliyev Vaqif, Həşimxanlı bələdiyyəsinin sədri Əmrahov Fikrət və başqaları tərəfindən verilən suallar tədbirin təşkilatçıları tərəfindən cavablandırıldı.İdarənin aparıcı məsləhətçisi Yusif Səfərov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. Seminarın sonunda Cəmiyyətin maliyyə dəstəyi ilə nəşr edilmiş 4 metodik vəsait bələdiyyələrə təqdim olundu.