Seminar-müşavirə keçirilmişdir

20 iyun 2019-cu il tarixdə  Şirvan regional ədliyyə idarəsinin inzibati binasında  Şirvan regional ədliyyə idarəsinin yuridiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə üzvləri və qulluqcularının iştirakı ilə "Şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı", "Yerli əhalinin məşğulluğunun təmini və bələdiyələrin davamlı əlavə gəlir mənbələri əldə etmələri məqsədi ilə öz müəssisələrinin təsisi edilməsi", "Dövlət büdcəsindən ayrılmış dotasiyanın borclu bələdiyyələr tərəfindən borcların ödənilməsinə yönləndirilməsi və borcların yaranma səbəbləri", "Bələdiyyələrdə yaranmış yerli vergi borclarının ödənilməsi ilə bağlı işlərin səmərəliliyinin artırılması və müvafiq tədbirlərin görülməsi", "Bələdiyyələrdə arxiv və kargüzarlıq işinin qanunvericiliyin tələblərinə uyğun təşkili" mövzularında seminar-müşavirə keçirilmişdir.Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərovu və iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra Y.Səfərov və C.Şükürov mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında  Sarvan (pilot) bələdiyyəsinin sədri Rövşən Məmmədov, Birinci Udullu bələdiyyəsinin sədri Ramiz Təhməzov, Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolciyev və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

20190620_111524

20190620_111506

20190620_111614