Seminar-müşavirə keçirilmişdir

Mayın 15-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayonu ərazisində yerləşən Sabirabad, Qalağayın, Cavad, Qasımbəyli, Surra, Kürkəndi, Yolçubəyli, Qaralar, Ulacalı, Qaratəpə, Əhmədabad, Quruzma, Həşimxanlı, və Axısxa bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Yerli özünüidarəetmədə etik davranış", “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, "Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması","Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı", "Bələdiyyə torpaqlarının mühafizəsi", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Qəbirstanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri" mövzularında seminar-müşavirə keçirilmişdir.Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Yusif Səfərovu, məsləhətçi Famil Kazımov və iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra Y.Səfərov və C.Şükürov mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında  Qasımbəyli bələdiyyəsinin sədri Cəmil Məmmədov, Ulacalı bələdiyyəsinin mühasibi Əfraz Zeynalov , Qaralar  bələdiyyəsinin sədri Nəzirağa Quliyev və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin aparıcı məsləhətçisi Yusif Səfərov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

img-20190515-wa0002