Probasiya xidməti tədris məşğələsi keçirmişdir.

04 may 2019-cu il tarixdə Probasiya xidmətinin rəhbərliyinin iştirakı ilə Şirvan regional ədliyyə idarəsinin inzibati binasında Şirvan, Sabirabad, Neftçala, Salyan, Hacıqabul, Lənkəran, Astara, Lerik, Masallı, Yardlımlı, Cəlilabad, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Füzuli, Cəbrayıl rayonlarının icra və probasiya şöbələrinin rəisləri və icra məmurları (probasiya üzrə) üçün “Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi məsələləri" mövzusunda tədris məşğələsi keçirilmişdir. Məşğələdə probasiya şöbələrinin rəisləri və icra məmurları (probasiya üzrə) iştirak etmişlər.

Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov tədbiri giriş sözü acaraq Probasiya xidmətinin rəis müavini Musa Hümbətovu və probasiya xidmətinin əməkdaşlarını tədbirin iştirakçılarına təqdim etdi. Tədbirin gündəliyinə uyğun olaraq  “Elektron nəzarət vasitələrinin tətbiqi məsələləri” barədə Probasiya xidmətinin Elektron monitirinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə, “Probasiya fəaliyyəti haqqında statistik hesabatların tərtib olunması və təqdim edilməsi vəziyyəti” barədə Probasiya xidmətinin böyük məsləhətçisi Nurlan Rəsulov, “Məhkumların ölkədən getmək hüququnun məhdudlaşdırılması işinin vəziyyəti və bu sahədə problemlər” barədə  Probasiya xidmətinin rəis müavini Musa Hümbətov tədbirin iştirakçılarına geniş məlumat verdilər. Sonda probasiya xidmətinin əməkdaşları iştirakçıların suallarını ətraflı cavablandırdılar.

20190504_11151520190504_111551