Azərbaycan Ədliyyəsi 100 il

21 noyabr 2018-cı il tarixdə Şirvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətin və Azərbaycan Ədliyyəsinin yaranmasının 100 illiyinə  həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə iştirak edən ədliyyə orqanlarının işçiləri, Şirvan Apellyasiya məhkəməsinin hakimləri və əməkdaşları, Şirvan şəhər Məhkəməsinin, Şirvan şəhər İnzibati İqtisadi məhkəmənin hakimləri və əməkdaşları,  Şirvan Şəhər İcra Hakimiyyətinin Başçısı, müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin xatirəsini anaraq abidəsi önündə gül dəstələri qoymuşlar.

Şirvan şəhər Gənclər Evində  keçirilən təntənəli tədbiri giriş sözü ilə açan Şirvan Apellyasiya Məhkəməsinin Sədri Rəşadət Ağayev ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətlərini xatırlatmış, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd etmişdir. Natiq ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətinin artdığını diqqətə çatdıraraq, ədliyyə işçilərinin peşə bayramının təsis olunmasının Azərbaycan ədliyyəsinə göstərilən xüsusi xidmət və qayğının bariz nümunəsi olduğunu vurğulamışdır. Daha sonra, sədr Rəşadət Ağayev bu sahəyə daim diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində tapşırıqlarının icrası ilə bağlı ölkədə həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat vermiş, ədliyyə işçilərinin peşə bayramı  eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətin və Azərbaycan ədliyyəsinin təsis edilməsinin 100-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Tədbirdə cıxış edən  Şirvan Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Mərdan Camalov şəhərdə fəaliyyət göstərən Ədliyyə orqanlarının işcilərini 100 illik münasibəti ilə təbrik etdi və gələcək işlərində müvəffəvəqiyyətlər arzuladı.

 Çıxış edənlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov, Şirvan şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Şirvan şəhər İcra şöbəsinin rəisi Yasin Ədilov, Şirvan Şəhər Prokuroru Həsən Hənifəyev  son illər ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını və bu sahədə nailiyyətlərin əldə olunduğunu qeyd edərək Azərbaycan ədliyyəsinin keyfiyyətcə yeni mərhələyə keçid aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Tədbirin sonunda ədliyyə işçiləri, hakimlər və məhkəmə aparatı işçiləri, ümumilikdə 100-dən çox əməkdaş Şirvan şəhər Mərkəzi Xəstəxanasında ənənəvi xarakter almış könüllü qanvermə aksiyasında iştirak etmişlər.

20181121_10232720181121_10085220181121_095321