Seminar-müşavirə keçirilmişdir

Noyabr 14-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayonu ərazisində yerləşən Sabirabad, Həşimxanlı, Qaralar, Qalaqayın. Cavad, Qasımbəyli, Kürkəndi. Surra, Yolcubəyli, Ulacalı, Qaratəpə, Əhmədabad, Quruzma və Axısxa  bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilmesi","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Bələdiyyə qulluğuna qəbul", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan idarənin böyük məsləhətçisi Məqsəd Abdin əməkdaşlar məsləhətçi Famil Kazımov və iqtisadçı Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra F. Kazımov  və C.Şükürov mövzular barədə cıxışlar etdi və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında  Qaralar bələdiyyəsinin sədri Nəzərağa Quliyev , Həşimxanlı  bələdiyyəsinin sədri Fikrət Əmrahov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşı tərəfindən cavablandırıldı.

Əməkdaşlar seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdilər. Onlar bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

img-20181114-wa0000