Şirvan regional ədliyyə idarəsi Şirvan şəhər məktəblərində açıq dərs təşkil edib

14 noyabr 2018-ci il tarixdə Şirvan regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının 14-cü bəndinə uyğun olaraq Şirvan şəhərinin 5, 16 və 21 saylı tam orta məktəblərində yuxarı sinif şagirdləri üçün "Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri" mövzusuna həsr olunmuş açıq dərs təşkil edilmiş, habelə elektron xidmətlərin tətbiqi haqqında mühazirə oxunmuşdur. 

Qeyd edək ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Şirvan regional ədliyyə idarəsi tərəfindən müvafiq tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.

img-20181114-wa0001img-20181114-wa0002img-20181114-wa0004