100 İLLİKLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə tədiq olunmuş müvafiq tədbirlər planının 37-ci bəndinin icrası ilə əlaqədar 08.11.2018-ci il tarixdə Şirvan Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə həmçinin, Şirvan Apellyasiya Məhkəməsinin, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimləri və həmin məhkəmələrin digər əməkdaşları, o cümələdən Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinin,  Şirvan Şəhər  Qeydiyyat Bölməsinin, bundan əlavə Şirvan şəhərində yerləşən notariat kontorunun əməkdaşları iştirak etmişdirlər.

Ağacəkmə kompaniyası Şirvan şəhəri,  Heydər Əliyev prospektində təşkil olunmuş və 100-ə yaxın ağac əkilmişdir. Müvafiq tədbirlər planının icrası davam etdirilir.

 20181108_15072520181108_15054120181108_15100220181108_151023