Seminar-müşavirə keçirilmişdir

Sentyabrın 14-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şirvan regional ədliyyə idarəsinin inzibati binasında Şirvan və Hacıqəhrəmanlı   bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə " Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilmesi","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin məsləhətçisi Famil Kazımov və idarənin iqtisadçısı Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra əməkdaşlar mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında Şirvan bələdiyyəsinin aparat rəhbəri Rafael Qurbanov, Hacıqəhrəmanlı bələdiyyəsinin müavini Elxan Şahgəldiyev və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

20180914_16070020180914_160729