Tədris kursu kecrilmişdir.

28 iyun 2018-ci  il tarixdə Şirvan Regional Ədliyyə İdarəsinin inzibati binasında   Şirvan Regional Ədliyyə İdarəsinin  yurisdiksiyasına daxil olan bələdiyyə üzvləri və qulluqçuları üçün, maarifləndirmə məqsədilə tədris kursu keçirilmişdir. Tədbiri  Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov giriş sözü ilə açaraq sonradan sözü qonaqlara veridi. Tədbirdə "Bələdiyyə qulluqçularinin etik davraniş qaydalari", "Bələdiyyə və bələdiyyə müəssələrində arxiv işinin təşkili", "Bələdiyyələrin fəaliyyətində şəffavliğin artirilmasi və korrupsiya hüquqpozlalarinin qarşisinin alinmasi" və "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" mövzularında Ədliyyə Nazirliyinin Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxlış fakültəsinin baş məsləhətçisi Qalib  Məmmədov, Akademiyanın Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova,  Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov və Ədliyyə Akademiyasının Bələdiyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev   mühazirələr oxudular.

            Proqramın davamı olaraq mühazirələr     dinlənildikdən   sonra   iştirakçılar  mövzular   ətrafında  məruzəçilərə   müxtəlif   suallar  vermiş  və verilən  bütün  suallar   cavablandırılmışdır.

20180628_11203720180628_111954