Tədris kursu kecrilmişdir.

03 may 2018-ci  il tarixdə Şirvan Regional Ədliyyə İdarəsində  Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin aparat işçiləri üçün, Ədliyyə Nazirliyinin Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxlış fakültəsinin baş məsləhətçisi Qalib  Məmmədov və Akademiyanın Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova "Dövlət qulluğu haqqında qanunun tətbiqinin bəzi məsələləri" mövzularında məruzə etmişlər.

                Tədris kursunun proqramına uyğun olaraq Qalib Məmmədov  "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qulluğa qəbul proseduru, stajorluq və sınaq kecmə, Dövlət qulluqçusunun hüquq və vəzifələri, dövlət orqanlarının  inzibati və yardımçı vəzifələrin təsnifatı, dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları, dövlət qulluqçusunun başqa vəzifəyə kecirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması və məsuliyyət məsələləri. İxtisas dərəcələrinin verilməsi, məzuniyyət və ezamiyyələrin rəsmiləşdirilməsi, qulluqda olmanın yaş həddi, dövlət qulluğuna xitam verilməsi məsələləri mövzularında mühazirə oxumuşdur.

                Proqramın davamı olaraq Mətanət Əsgərova  iştirakçıları Dövlət qulluqçularının etik davranış Qaydaları, dövlət qulluqçularının maddi və sosial təminatı, dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin  müəyyənləşdirilməsi Qaydaları haqqında  çıxış  etmişdir. Mühazirələr dinlənildikdən  sonra  iştirakçılar  mövzular  ətrafında məruzəçilərə  müxtəlif  suallar vermiş və verilən bütün  suallar   cavablandırılmışdır.

img-20180503-wa0001img-20180503-wa0006.[1]img-20180503-wa0009