Seminar-müşavirə keçirilmişdir

Aprelin 19-da Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Salyan rayonu ərazisində yerləşən Salyan, Şorsulu, Sarvan, Qızılağac, Marışlı, Arbatan, Aşağı Noxudlu, Parça Xələc, Çuxanlı, Kur Qaraqaşlı, Qaraçala, Qarabağlı, Xələc, Kərimbəyli, Yolüstü, Varlı, Kürsəngi, Xıdırlı, Yenikənd və Həsənli  bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Nağdsız hesablaşmalar və onların məqsədi”, "İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti" , “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili”, və “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri” mövzularında seminar-müşavirə keçirilmişdir.Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərov və idarənin iqtisadçısı Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra əməkdaşlar mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında Salyan bələdiyyəsinin sədri Vaqif Hüseynov, Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolciyev və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

20180419_11224020180419_112058