Seminar-müşavirə keçirilmişdir

Fevralın 28-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul, Talış, Meyniman, Padar, Qarasu. Ələtli. Muğan. Atbulaq. Rəncbər. Abdulabad. Navahi, Qubalıbaloğlan, Nəvahi qəsəbə, Birinci Udullu, İkinci Udullu bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”,  “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili”, “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması” və “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri” mövzularında seminar-müşavirə keçirilmişdir.Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərov və idarənin iqtisadçısı Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra əməkdaşlar mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında  Qarasu bələdiyyəsinin sədri İslam Hüseynov, Birinci Udullu bələdiyyəsinin sədri Ramiz Təhməzov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

20180228_111308