\"Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi\" mövzusunda təlim.

30 yanvar 2018-ci il tarixdə  Şirvan regional ədliyyə idarəsinin inzibati binasında  Şirvan regional ədliyyə idarəsinin yuridiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə üzvləri və qulluqcuları ücün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və  Şirvan regional ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda təlimkursu kecirmişdir. Həmçinin həmin təlimdə "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabının təqdimatı keçrilmişdir. Təlimin proqramına uyğun olaraq, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin cəlb olunmuş eksperti Zöhrab Fərəcov və  proqram üzrə məsləhətçi Mehdi Abdullayev iştirakçıları mövzu barəsində ətraflı məlumatlandırdılar. Sonda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əmkdaşları təlimdə iştirak etmiş  bələdiyyə üzvləri və qulluqcularını maraqlandıran suallara geniş və əhatəli cavablar vermiş, təqdimatı keçrilmiş kitabın iştirakçılara paylanması təşkil olunmuşdur.

20180130_10511720180130_104517