20 Yanvar hadisələrinin 28 ildönümü ilə baglı tədbiri keçirilib.

Yanvarın 19-da Şirvan regional ədliyyə idarəsində 20 Yanvar hadisələri mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olduğunu vurğulayan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb. O, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.

20 Yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan N.Hüseynov qeyd edib ki, olduqca mürəkkəb bir vəziyyətdə olmasına, özünün və ailəsi üçün yaranan təhlükəyə baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan etdi. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünyaya çatdırılması işində mühüm irəliləyiş əldə olunub.

Tədbir iştirakçıları çıxışlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar. Bildirilib ki, 20 Yanvar faciəsi tariximizdə qanlı səhifə olmaqla yanaşı, xalqımızın müstəqillik amalına, qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

20180119_10191620180119_102039