Seminar-müşavirə keçirilmişdir

Dekabr ayının 1-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayon ərazisində fəaliyyət göstərən Nizami, Moranlı, Şəhriyar, Əliləmbəyli, Minbaşı, Qaragüney, Güdəcühür, Azadkənd, Şıxsalahlı, Çöl Beşdəli və Muğan Gəncəli bələdiyyələrin  bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ", " Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, “Nağdsız hesablaşmalar və onların məqsədi" və "Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili" mövzularında seminar-müşavirə keçirilmişdir.

Şirvan regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Məqsəd Abdin və məsləhətçi Nicat Ağabəyov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Sonra idarənin  məsləhətçisi Nicat Ağabəyov mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verdi.

Mövzular ətrafında Minbaşı bələdiyyəsinin sədr müavini Urfulla Qocayev və Çöl Beşdəli bələdiyyəsinin sədri Qabil Məmmədov və başqaları tərəfindən verilən suallar idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

M.Abdin seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.