Şirvanda ədliyyə işçilərinin peşə bayramı qeyd edilmişdir

Şirvan şəhərində 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan Ədliyyəsinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə iştirak edən ədliyyə orqanlarının işçiləri, birinci və apellyasiya instansiya məhkəmələrinin hakimləri və əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyətinin Başçısı müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsini anaraq abidəsi önündə gül dəstələri qoymuşlar.

Şirvan Regional Ədliyyə İdarəsinin inzibati binasında keçirilən təntənəli tədbiri giriş sözü ilə açan Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətlərini xatırlamış, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd etmişdir. Daha sonra, sədr Rəşadət Ağayev bu sahəyə daim diqqət və qayğı ilə yanaşan Prezident mə sistemİlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tapşırıqlarının icrası ilə bağlı ölkədə həyata kecirilən kompleks tədbirlər barədə ətraflı məlumat vermişdir. Sədr Rəşadət Ağayev daha sonra əsası cənab prezident İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə qoyulan elektron məhkəinin sisteminin tətbiqinin uğurlu nəticələrindən biri olaraq,  bu günlərdə ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olduğunu vurğulayaraq, Azərbaycanın bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurası təqdim etdiyi "Elektron Məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak etdiyini və bu layihənin Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş 4 mükafatdan birinə layiq bilindiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Ölkəmizin ədliyyə fəaliyyəti sahəsində əldə edilmiş naliyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunan sədr Rəşadət Ağayev vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin səlahiyyətlərinə xitam verilməsindən söz açaraq, ədliyyə sahəsində çalışan hər bir vətəndaşın əsas amalının vətəndaşlara xidmət etmək olduğunu bir daha vurğulamışdır.

Sonda Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev ədliyyə işçilərinin peşə bayramı və eyni zamanda, Azərbaycan ədliyyəsinin təsis edilməsinin 99-cu il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Daha sonra çıxış edən Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Nizami Hüseynov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov və Şirvan şəhər üzrə İcra şöbəsinin rəisi Yasin Ədilov son illər ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını  və bu sahədə nailiyyətlərin əldə olunduğunu qeyd edərək, Azərbaycan ədliyyəsinin keyfiyyətcə yeni mərhələyə keçid aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin sonunda ədliyyə işcıləri, hakimlər və məhkəmə aparatı işçiləri, ümumilikdə 100-dən çox əməkdaş Şirvan şəhər Mərkəzi Xəstəxanasında ənənəvi xarakter almış könüllü qanvermə aksiyasında iştirak etmişlər.

20161122_110407