Seminar-müşavirə keçirilmişdir

Oktyabrın 25-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Salyan rayon ərazisində fəaliyyət göstərən Salyan, Şorsulu, Sarvan, Qızılağac, Marışlı, Arbatan, Aşağı Noxudlu, Parça Xələc, Çuxanlı, Kür Qaraqaşlı, Xələc, Qaraçala, Qarabağlı, Yolüstü, Varlı. Kərimbəyli, Kürsəngi, Xıdırlı, Yenikənd və Həsənli bələdiyyələrin  bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə aktlarının qəbulu və icrası", " Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, “Nağdsız hesablaşmalar və onların məqsədi" mövzularında seminar-müşavirə keçirilmişdir.

Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Sonra idarənin aparıcı məsləhətçisi Yusif Səfərov mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verdi.

Mövzular ətrafında Salyan  bələdiyyəsinin sədri Vaqif Hüseynov, Qarabağlı bələdiyyəsinin mühasibi Afil Bağırov, Qəzəlağac bələdiyyəsinin sədri Bünyad Yolçiyev və başqaları tərəfindən verilən suallar idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

N.Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.img-20170411-wa0002