Seminar-müşavirə keçirilmişdir

Avqustun 29-da Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şirvan şəhərində Şirvan regional ədliyyə idarəsinin inzibati binasında Şirvan və Hacıqəhrəmanlı bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyə aktlarının qəbulu və icrası” mövzularında seminar-müşavirə keçirilmişdir.

Şirvan regional ədliyyə idarəsinin apaıcı məshətcisi Yusif Səfərov  seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Sonra idarənin aparıcı məsləhətçisi Məqsəd Abdin mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verdi.

Mövzular ətrafında Şirvan bələdiyyəsinin sədr müavini Xəqani Həsənov, Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova, Şirvan bələdiyyəsinin bələdiyyə qulluqçusu Məlikağa Məmmədov və başqaları tərəfindən verilən suallar idarənin əməkdaşları tərəfindən cavablandırıldı.

Y.Səfərov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

20170829_111036