Rayon haqqında
Neftçala rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə birləşmişdir. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək Salyan rayonunun tərkibinə verilmiş və 4 ildən sonra Neftçala sənaye rayonu kimi fəaliyyət göstərmiş və 1965-ci ildə ləğv edilərək Salyan rayonu ilə birləşmişdir. 1973-cü ilin aprel ayında Ümummilli lider Heydər Əliyevin xeyirxah təşəbbüsü ilə Neftçala rayonu yenidən təşkil olunmuşdur. Rayonun sahəsi 1451,7 km2. Rayonda bir şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Neftçala şəhəridir. Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində, Xəzər dənizi sahilində yerləşir.Rayonun ərazisi səthi düzənlikdir. Kür-Araz ovalığına aid olan Şirvan və Muğan düzlərinin bir hissəsi Neftçala rayonunun ərazisində yerləşir. Rayon ərazisinin mütləq hündürlüyü okean səviyyəsindən 25-28 metrə qədər aşağıdır. Bir neçə palçıq vulkanları vardır. İqlimi quru sutropik iqlimdir. İllik yağıntıların miqdarı 300-400 mm-ə çatır. Respublikanın Ən böyük çayı olan Kür Neftçala rayonunun ərazisində Xəzər dənizinə tökülür. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon mərkəzindən Salyan şəhərinə qədər 43 km avtomobil yolu onun Bakı-Astara avtomobil magistralına çıxışını təmin edir. Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və balıqdır.
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariat kontoru
Dövlət notariusu: Nəcəfova Səadət Əşrəf qızı;
Telefon: (02126) 3-33-90;
Ünvan: Neftçala şəhəri H.Əliyev pr 30;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Neftçala rayon qeydiyyat şöbəsi
Rəis: -----------;
İş telefonu: (02126) 2-33-89;
Aparıcı məsləhətçi: Muradlı Mirtaleh Mirkərim oğlu;
İş telefonu: (02126) 3-33-89;
Ünvan: Neftçala şəhəri H.Əliyev pr. 17;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Neftçala rayon icra qrupu
Məsul şəxs: Bayramov Şirin Musa oğlu;
İş telefonu: (02126) 3-33-33;
Ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti 35;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Neftçala rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Neftçala bələdiyyəsi |
Dadaşov Ağayar Vəlixan |
Neftçala şəhəri |
050-364-21-23, (02126) 3-40-31 |
Bankə bələdiyyəsi |
Abbasov Samir İdris |
Bankə kəndi |
070-606-56-66 |
Həsənabad bələdiyyəsi |
Ibadov Qardaş Məzahir |
Həsənabad kəndi |
050-350-48-08, (02126) 6-65-55 |
Xıllı bələdiyyəsi |
Rəsulov Muxtar Əsəd |
Xıllı kəndi |
050-429-17-47 |
Aşağı Surra bələdiyyəsi |
Məmmədov Mahir Əvəz |
Aşağı Surra kəndi |
051-505-49-34, (02126) 6-43-07 |
Aşağı Qaramanlı bələdiyyəsi |
Ağayev Mirbəşir Böyükağa |
Aşağı Qaramanlı kəndi |
050-370-54-88, (02126) 6-2-5-88 |
Qədimkənd bələdiyyəsi |
Kərimov Azər Abasət |
Qədimkənd kəndi |
050-677-93-76, (02126) 6-23-23 |
Boyat bələdiyyəsi |
Əliyeva Böyükxanım İsmayıl |
Boyat kəndi |
050-674-45-87, (02126) 6-13-00 |
Kürkənd bələdiyyəsi |
Quliyev Rövşən Ağabəy |
Kürkənd kəndi |
051-877-76-08, (02126) 3-17-55 |
Qaraqaşlı bələdiyyəsi |
Soltanov Elman Seyfulla |
Qaraqaşlı kəndi |
050-579-86-00, (02126) 5-72-19 |
Yuxarı Qaramanlı bələdiyyəsi |
Kərimova Xanım Səyyub |
Yuxarı Qaramanlı kəndi |
050-588-14-09, (02126) 5-32-33 |
Tatarməhlə bələdiyyəsi |
Əhmədov Həvasət Əzizağa |
Tatarməhlə kəndi |
050-660-39-52 |
Yenikənd bələdiyyəsi |
Əsədov Fəxrəddin Musa |
Yenikənd kəndi |
051-975-86-88 |
Yeniqışlaq bələdiyyəsi |
Orucov İmanxan İspər |
Yeniqışlaq kəndi |
050-578-90-44, (02126) 5-91-33 |
Xol Qaraqaşlı bələdiyyəsi |
Səlimov Əlibala Xanəhməd |
Xol Qaraqaşlı kəndi |
051-845-85-88, (02126) 6-81-53 |
Xol Qarabucaq bələdiyyəsi |
Mənəfov Azər Adil |
Xol Qarabucaq kəndi |
050-588-16-48 |
Qırmızıkənd bələdiyyəsi |
Kərimov Natiq Cəfər |
Qırmızıkənd kəndi |
050-673-16-09 |
Qaçaqkənd bələdiyyəsi |
Məmmədov Müzəffər Fərhad |
Qaçaqkənd kəndi |
050-391-22-95 |
Xəzər bələdiyyəsi |
Soltanov Loğman Zakir |
Xəzər kəndi |
050-303-22-58 |